“Hazırda "Bakı Metropoliteni" QSC-nin iki elektrik deposunun - yerüstü stansiyasının tikintisi gedir”.
Bizim.Media xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Onlar "Xocasən" və "Dərnəgül" elektrik depolarıdır. Qaydalara görə, hər 20 km-dən bir elektrik deposu olmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Bakı metrosundan istifadə edənlərin sayı kəskin azalıb
Hazırda Bakı metrosunun xətlərinin uzunluğu 39,5 km-dir. "Xocasən" elektrik deposunda işlər sürətlə gedir və gələn ilin sonuna qədər işlərin yekunlaşması nəzərdə tutulur.
Burada həmçinin bir platforma tikilir. Metropolitenin konseptual inkişaf sxeminə görə, stansiyaların ümumi sayı 76, "Bənövşəyi xətt"dəki stansiyaların sayı isə 12 olmalıdır. Əgər zərurət yaranarsa həmin platforma da stansiyaya çevrilə bilər.
Bu zaman isə stansiyaların ümumi sayı 77, "Bənövşəyi xətt"dəki stansiyaların sayı isə 13 olacaq. "Yaşıl xətt"in elektrik deposu olan "Dərnəgül" elektrik deposunun inşasına isə daha əvvəl başlansa da işlərin tamamlanması xətlərin tam ayrılması dövrünə nəzərdə tutulub.
Adıçəkilən depo keçmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) idman meydançası və həyəti yerləşən ərazidə inşa edilir.
Xətlərin ayrılması və elektrik deposunun təhvili Bakı şəhərinin baş planında göstəriləcək və inşaat işləri bu plana uyğun reallaşacaq”. Report onun dediklərindən sitat gətirib.
Bizim.Media