London taksiləri “milli taksiləri” didərgin salıb

Hazırda oxunan: London taksiləri “milli taksiləri” didərgin salıb

47391

Heydər Əliyev adına Respublika Sarayının qarşısında dayanan taksi sürücüləri London taksiləri tərəfindən sıxışdırıldıqlarını iddia edir. Moderator.az-a verilən məlumata görə, beynəlxalq tədbirlər zamanı London taksiləri istisna olmaqla heç bir taksiyə Respublika Sarayı qarşısında dayanmağa icazə verilmir: 

“Xarici qonaqların iştirak etdiyi beynəlxalq tədbirlərdə Respublika Sarayı qarşısında yalnız London taksilərinin dayanmasına icazə verilir ki, bu da məlum taksilərin nəqliyyat naziri Ziya Məmmədova məxsus olması ilə izah edilir. Habelə, iddia olunur ki, London taksiləri Qərb standartlarına daha çox cavab verir və buna görə də digər taksilər fərqli görünüşləri ilə taksi parkına xələl gətiməməlidirlər. Digər taksi sürücülərini isə bir sual maraqlandırır. Madam ki, London taksilərindən başqa qalan taksilərin fəaliyyəti qüsurludur, madam ki, onlar öz görünüşləri ilə şəhərin və ya taksi parkının görünüşünə xələl gətirir, o zaman nə üçün bu taksilərə lisenziya verilir? Niyə dövlət onlardan hər ay vergi və digər zəruri ödənişlər alır?  Və ən əsası, qanunla eyni sektorda fəaliyyət göstərən, eyni planı və vergini verən taksilər arasındakı bunca ayrı-seçkilik nə dərəcədə düzgündür? Biz əlaqədar qurumlardan bu suallara cavab almaq istəyirik. Ümid edirik ki, aidiyyati orqanlar bu suallara aydınlıq gətirəcək və biz öz “qəbahətimizi” öyrənə biləcəyik”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin