Babam Məmmədəminlə dədəm Elçibəyin davamçıları...

Hazırda oxunan: Babam Məmmədəminlə dədəm Elçibəyin davamçıları...

47346
Moderator.az-a verilən məlumata görə Milli Şuranın bir neçə gün öncə Novxanıya yürüş-mitinqi zamanı bir məqam diqqəti cəlb edib. Müxalifətin bayraqdarı kimi ad çıxarmış Elman Türkoğlu bu dəfə ənənəsini pozaraq həmişəki kimi yürüş zamanı kolonun qarşısında deyil, ortasında yer alıb. Bayraqdarın bu addımının Milli Şuranın qalmaqallı son sessiyasından sonraya təsadüf etməsini bir çoxları belə yozdu ki, KXCP üzvü olan Elman Türkoğlu bununla AXCP sədri Əli Kərimliyə etirazını ifadə edib. Hər halda bayraqdarın niyə belə davranmasının səbəbi özünü çox gözlətməyəcək...

Belə ki, yazını hazırlayarkən Elmçan Türkoğlunun özüylə əlaqə saxladıq və ehtimallar özünü doğrultdu. Bayraqdar bunu Əli Kərimliyə etiraz əlaməti olaraq etdiyini etiraf etdi:

"Mən hələ fevralın 26-da Xocalı soyqırımı abidəsi önündəki mərasimdə də Əli Kərimlini boykot elədim. Hesab edirəm ki, Əli Kərimli Milli Şurada qaldıqca bunu etmək zərurəti yaranacaq. Mən Müsavat Partiyasının tədbirinə gecikdim, avtobusla getdiyimdən onların tədbirinə çatmadım, yoxsa orda bayrağı ürəklə qaldıracaqdım. Mən həmişə demişəm ki, Müsavatla KXCP bir yerdə olmalıdır. Amma bəlli qüvvələr bu iki partiyanın arasına həmişə nifaq salmağa çalışıblar. Hər iki təşkilatdakı insanlar babam Məmməd Əminlə dədəm Elçibəyin yolunun davamçılarıdırlar. Əli Kərimli isə bu yolun davamçısı olmayıb, olması da mümkün deyil."
Qeyd edəki, bayraqdarın ürəyi elə dolu idi ki, AXCP sədri haqqında xeyli xoş olmayan fikirlər səsləndirsə də mövzudan kənara çıxmaq istəmədik və bunu yazmağı lazım bilmədik. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin