Vüsalə Hüseynli gənclər təşkilatından getdi

Hazırda oxunan: Vüsalə Hüseynli gənclər təşkilatından getdi

47342

Ölkənin gənc fəallardan biri olan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bu gündən etibarən sözügedən qurumun sədri kimi fəaliyyət göstərməyəcək. Xanim Hüseynlinin öz fəaliyyətini bundan sonra harada davam etdirəcəyinə gəlincə İctimai Birlikdən verilən məlumata görə,  bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək:  “Yalnız onu deyə bilərik ki, Vüsalə xanim bundan sonra da Azərbaycanın tanınması, təbliği ilə məşğul olacaq. Ancaq bu dəfə yalnız gənclər deyil, daha böyük maştabda işlər gedəcək. “

Qurumun yeni sədrinə gəlincə, birlikdən xəbər veriblər ki, köhnə sədr iyul ayının sonuna qədər rəhbərlik etdiyi layihələrin tamamlanması müddətinə  kimi həmin proyeklərlə məşğul olacaq. Təşkilata yeni sədr seçkiləri isə iyul ayının ikinci on günlüyündə keçiriləcək. Bu müddətə kimi təşkilata rəhbərliyi DİGİB-in icra katibi həyata keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin