Kəlbəcər rayonunda hərbi hissələr elektrik enerjisi ilə təmin olunub.
“Azərişiq” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.
Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metrdən çox 0,4 kV-luq kabel elektrik veriliş xətti, 1,5 kilometrdən artıq 10 kV-luq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik veriliş xətti bərpa olunub.
“Kəlbəcər” yarımstansiyası - Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik veriliş xətti bərpa edilib.
Həmçinin, Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Bundan başqa, “Kəlbəcər” yarımstansiyası – “İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb.
İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.
Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:44 / 23.11.2021
Kəlbəcərdə hərbi hissələrin işığı yandı - VİDEO
Hazırda oxunan: Kəlbəcərdə hərbi hissələrin işığı yandı - VİDEO
Hazırda oxunan: Kəlbəcərdə hərbi hissələrin işığı yandı - VİDEO
47326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.