“Azərişıq”dan Laçında minaya düşən işçisi ilə bağlı yeni MƏLUMAT

Hazırda oxunan: “Azərişıq”dan Laçında minaya düşən işçisi ilə bağlı yeni MƏLUMAT

47282

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC-nin əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Bu barədə Bizim.Media-ya “Azərişıq”dan məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra M.Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub:

“Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin