“Əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir. Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı büdcə müzakirəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
O, bu cür imtiyazların şəhid ailələri və qazilər üçün də tətbiq olunmasını təklif edib.
“Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir”.
Bundan başqa deputat daha bir məsələyə hazırda Gəncə futbol komandasına da daha çox diqqət ayırmağı məsələsinə də toxunub.
“Bu gün futbolumuzun vəziyyəti çox da ürəkaçan deyil. AFFA-ya kifayət qədər vəsait ayrılır. Amma, Gəncə futbolu kənarda qalıb. Gəncəliləri narahat edən məsələ Kəpəz FK-nın əsas liqada olmamasıdır”.
Vüsalə Balayeva, Bizim.Media