ANS-in “Qulp”u bağlanıb

Hazırda oxunan: ANS-in “Qulp”u bağlanıb

47204
ANS televiziyasında yayımlanan ən yaşlı verilişlərdən olan “Qulp” proqramı xeyli vaxtdır efirə çıxmır. 

Moderator.az xəbər verir ki, Modern.az saytı bunun səbəbini araşdırmağa çalışıb. ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov verilişin bağlanmağının səbəbini vaxtının bitməsiylə əlaqələndirib: ““Qulp” verilişi artıq qocalıb. Mənim 70 neçə yaşım var. Mən indi 18, 19 yaşlı uşaq kimi oynaya bilmərəm. “Qulp” da onun kimi. Hər verilişin vaxtı, zamanı var. “Qulp” verilişi də vaxtı bitdiyinə görə artıq efirə getmir. Mübariz Əsgərovdan yeni bir layihə görüb-görməməyimiz ondan asılıdır. O müəllifdir. Qoy o bizə layihə versin, biz baxarıq. Hələ ki, yeni bir layihə təqdim etməyib”.

Qeyd edək ki, Modern.az saytı “Qulp”un daimi aparıcısı M. Əsgərovun da rəyini öyrənməyə cəhd edib. Lakin onunla əlaqə yaratmaq mümkün olmayıb.

Tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən indiyədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, bütün çatışmazlıqları cəmiyyətin özünə göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin