Noyabrın 25-də metronun "Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək, üç stansiyanın iş vaxtı bir saat uzadılacaq.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd edilir ki, noyabr ayının 25-də "Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Qarabağ” klubunun rəhbərliyi "Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb:
"Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən "Gənclik”, habelə "Nəriman Nərimanov” və "28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 22.11.2021
Bakı metrosunda üç stansiyanın iş vaxtı uzadılacaq - SƏBƏB
Hazırda oxunan: Bakı metrosunda üç stansiyanın iş vaxtı uzadılacaq - SƏBƏB
Hazırda oxunan: Bakı metrosunda üç stansiyanın iş vaxtı uzadılacaq - SƏBƏB
47124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.