“Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Azərtac-da dərc edilən məqaləsində səsləndirib.
Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb.
“Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub”, deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Ədliyyə işçilərinin peşə bayramı günüdür. Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:53 / 22.11.2021
Yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il əfv olunub” - NAZİR
Hazırda oxunan: Yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il əfv olunub” - NAZİR
Hazırda oxunan: Yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il əfv olunub” - NAZİR
47048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.