Nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və Füzuli Beynəlxalq Hava Limanı haqqında reportaj yayımlanıb.
Bizim.Media xəbər verir ki, telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli sakini, müəllim Zamin Həziyev işğaldan azad edilmiş bu rayonda məktəblərin fəaliyyətindən bəhs edib.
MÖVZU İLƏ BAĞLI:
“Əl-Cəzirə” Kəlbəcərdəki erməni terrorundan yazdı
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və Füzuli Beynəlxalq Aeroportunun meneceri Zaur Qasımov telekanala müsahibələrində Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat veriblər.
Reportajda, həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri də əks olunub.
Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır.
Bizim.Media