Yaxın günlərdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığıda yerləşən ictimai iaşə obyektlərinin kütləvi söküntüsünə start veriləcək. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, söküləcək obyektlərlə bağlı sahibkarlara hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmur:
“Söküləcək obyektlərin siyahısına əsasən dönərxana və çayxanalar daxildir. Artıq söküntü prosesi ilə əlaqədar olaraq ərazidəki çaytxanalardan birinin fəaliyyəti faktiki olaraq dayandırılıb. Sahibkarları narazı salan başlıca məqam isə söküləcək obyektlərlə bağlı hər hansı kompensasiyanın verilməməsi ilə bağlıdır. Sahibkarlar hesab edir ki, onların razılığı olmadan söküntü işlərinin aparılması və kompensasiyanın ödənilməməsi Azərbaycanda xüsusi mülkiyyətin toxunulmazlığı ilə bağlı deyilənlərin sadəcə cəfəngiyyat olduğunu göstərir. Bundan başqa, sahibkarlar iddia edir ki, əgər onların kompensasiya tələbi nəzərə alınmazsa, o zaman öz haqlarının müdafiəsi istiqamətində ciddi addımlar atmaq məcburiyyətində qalacaqlar”.
































































































