Belə bir bayrama niyə “Qara Cümə” adı veriblər? - TƏFƏRRÜAT

Hazırda oxunan: Belə bir bayrama niyə “Qara Cümə” adı veriblər? - TƏFƏRRÜAT

46918

Hər il ABŞ-da keçirilən “Şükran Günü” bayramından sonra ilk cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə"  endirimlər günü keçirilir. Bu gün demək olar ki, bütün dünya ticarət mərkəzlərində, dükanlarda böyük endirimlər müşahidə olunur. Hətta bir çox alverçilər bu endirimlərdən yararlanaraq,  daha sonrakı günlərdə aldıqları malları ikiqat qiymətinə sataraq daha çox gəlir əldə edirlər.

Bəs bu Qara Cümə nə deməkdir?

Qara Cümə şoppinq həvəskarı olanlar üçün ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Həmçinin bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimlərinə də start verilir.

Endirimin tarixçəsi...

Endirimli ticarət ənənəsi XIX əsrdə  ABŞ-da yaranıb. İri ticarət şəbəkələri Yeni ildən əvvəl böyük endirimlər edir, alıcıları alver etməyə həvəsləndirirdilər.  

Bu endirimlər haqqında isə ilk dəfə 1852-ci ildə anadan olan ticarətçi Frenk Vulvort düşünüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün hər zaman əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət yazılmırdı  və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə səfərdə olan Frenk ağlına yeni bir ideya gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına "Hər şey 5 sent" yazısını qoyur. Bu, ilk endirim idi!  Onun bu satış metodu çox gözəl işləyir və bir müddətdən sonra ona böyük uğur gətirir. Beləliklə, Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur.

Yeni ideya, yeni uğur...

1951-ci ildə isə "Factory Management and Maintenance" jurnalı maraqlı faktın üstünü açır. Sən demə “Şükran Günü”ndən sonra adətən işçilər icazə alaraq,  əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun əsas səbəbi isə mağazaları gəzib endirimlərdən faydalanmaq idi.

Lakin "Qara Cümə" termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı isə iki versiya mövcuddur.

Birinci versiya

Şükran gününün ertəsi yollarda böyük tıxaclar yaranırdı. Hətta insan izdihamında dükanlara gələn alıcılardan  əzilənlər də olurdu. Hətta bu izdihamlara görə ölənlər də olurdu.  Bu səbəbdən bu gün Qara cümə adlandırılıb.  Elə məhz buna görə də eyni günü Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə "Black Friday" adlandırıb.

İkinci versiya 

Digər versiyaya görə isə bu maliyyə hesabatları ilə də bağlıdır. Adətən cümə günləri şirkətlərdə həftəlik mühasibat hesabatları təqdim edilib.  Bu zaman sənədlərdə şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstünlük təşkil edildiyinə görə, “Black Friday” adlandırılıb. 
 

Sonuncu versiyaya görə isə həmin günü dükanlar qapılarını gün çıxmadan açdıqlarına görə də bu gün qara sözü ilə xarakterizə olunub.


Yerigəlmişəkn, bu il Qara Cümə noyabrın 26-na təsadüf edir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin