Ağdamın işğaldan azad olunmasının bir illiyi münasibətilə rayonda meşə massivi salınıb.
Bizim.Media-nın məlumatına görə, ermənilərin Ağdamda məhv etdiyi yaşıllıq massivlərinin bərpası üçün nəzərdə tutulan 4 meşə zolağının birinə bu gün tamamilə ağac əkilib.
Prezident Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan ağacəkmə aksiyasında şəhid ailələri və könüllülər iştirak edib. 2,5 hektar ərazidə 2000 ədəd ağac əkilib.
MÖVZU İLƏ BAĞLI:
Azadlığına qovuşan bu rayonda tezliklə 333 yeni iş yeri açilacaq
İlk mərhələdə əkilən və inkişafdan dayanan ağaclar yenisi ilə əvəz olunub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün respublika üzrə böyük yaşıllaşdırma işləri aparılır.
Bizim.Media