“Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb”.
Bizim.Media xəbər verir ki, bunu Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində çıxışında deyib.
O bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib:
“Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb”.
Bizim.Media