Şəmkir rayonunda dələduzluq hadisəsi olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova tutulub.
MÖVZU İLƏ BAĞLI:
“Instagram”da dələduzluq: Xəstə uşaq adından pulları mənimsədi - VİDEO
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumilikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50 000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb.
Bizim.Media