Gürcüstan “3+3” formatını dağıdır? – SƏBƏBLƏRİ Hikmət Babaoğlunun ŞƏRHİNDƏ

Hazırda oxunan: Gürcüstan “3+3” formatını dağıdır? – SƏBƏBLƏRİ Hikmət Babaoğlunun ŞƏRHİNDƏ

46844

"Regionda yeni yaranmış reallıqlar kontekstində “3+3” formatının irəli sürülməsi təşəbbüsü özülyündə geniş əhatəli və çoxşaxəli bir platforma kimi nəzərdə tutulsa da, region ölkələrinin heç də hamısının bu formatda tərəfdaşlığa eyni dərəcədə həvəslə qoşulacağını gözləmək doğru olmazdı".

Bizim.Media-ya özəl şərhində bunları deyən millət vəkili Hikmət Babaoğlu hazırda kifayət qədər mürəkkəb və çoxkombinasiyalı hərbi-siyasi prosesləri getdiyini də səbəb gətirib.

Bu isə region ölkələrinin fərqli maraqları, bəzən isə bu maraqların toqquşması kontekstində baş verir. Ona görə də bir ölkənin digər qonşu ölkə ilə münasibətlərində mövcud olan zidd mövqelər onların vahid platformada iştirakçılığını bəzən mümkün etmir. Deputatın fikrincə, Gürcüstanla bağlı məsələ tamamilə fərqlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Yarım milyon azərbaycanlı familyasını dəyişir – Hikmət Babaoğlundan açıq DƏSTƏK 


"Çünki onun beynəlxalq hüquqla tanınan sərhədləri pozulub və öz əraziləri üzərində suveren hüquqlarını realizə edə bilmir. Belə vəziyyətdə Gürcüstanın ərazisində beynəlxalq hüquqa zidd olan qurumları tanıyan və onları dəstəkləyən bir ölkə ilə, yəni Rusiya Federasiyası ilə eyni formatda tərəfdaşlıq etməyi Gürcüstana ağır gəlir.

Ona görə də Gürcüstan XİN əvvəlcə bu təşəbbüsdə iştirak edə bilmənin bir uyğun formulasını tapmağa çalışdığını açıqlasa da, hazırda aydın olur ki , belə bir formula tapmaqda çətinlik çəkirlər.
 

Ancaq məsələ ondadır ki, “3+3” formatı  təkcə siyasi yox, həm də iqtisadi tərəfdaşlıq paltforması kimi əlverişli ola bilər və Gürcüstan müəyyən mənada burada iştirakçı kimi çıxış etməsində ziyan görməz. Çünki bu gün Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin mövcud olmamasına baxmayaraq, müxtəlif iqtisadi əlaqələr var.


Ona görə də hadisələrin inkişafı kontekstində gələcəkdə  Gürcüstanın mövqeyinin digər üzvlərlə uzlaşdırılması mümkündür. Bu baş verməsə,  3+2 formatı ya da başqa bir formula nəzərdə tutulan tərəfdaşlığı yaradacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin