“Şəhid və qazi ailələrindən olan 11 min şəxsin mənzil təminatı həyata keçiriləcək”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov Bizim.Media-ya açıqlamasında bildirib və hazırda bu istiqamətdə işlərin sürətləndirildiyini deyib.
“Cənab Prezident İlham Əliyevin bu ilin yanvar ayında bu məsələlərlə bağlı müvafiq sərəncamı oldu. Həmin sərəncam çərçivəsində yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə dayanmış şəhid ailələrinin və qazilərin mənzil təminatının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Bu proqram 2020-2025-ci illəri əhatə edəcək”.
Vüqar Behbudov qeyd edib ki, 2021-ci ilin sonuna qədər həmin kateqoriyadan olan şəxslərin 3 mini mənzil və fərdi evlərlə təmin olunacaq. İşin sürətləndirilməsi məqsədi ilə bölgələrimizdə fərdi evlərin tikintisinə də başlanılıb:
“Əlavə olaraq bildirmək istəyirəm ki, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri də nazirliyin ixtiyarına verilib. İndi həmin yaşayış komplekslərində də artıq şəhid və qazi ailələrinin yerləşdirilməsinə başlanılıb”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 19.11.2021
Qaçqınlar üçün tikilən binalar kimlərə veriləcək? - Rəsmi AÇIQLAMA - FOTO+VİDEO
Hazırda oxunan: Qaçqınlar üçün tikilən binalar kimlərə veriləcək? - Rəsmi AÇIQLAMA - FOTO+VİDEO
Hazırda oxunan: Qaçqınlar üçün tikilən binalar kimlərə veriləcək? - Rəsmi AÇIQLAMA - FOTO+VİDEO
46779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.