Rüşvət üstündə tutulan jurnalist BURAXILIR? - VƏKİL

Hazırda oxunan: Rüşvət üstündə tutulan jurnalist BURAXILIR? - VƏKİL

46758

Rüşvət alarkən yaxalanan və hazırda Kürdəxanı təcridxanasında saxlanılan “Azadinfo. Az” saytının rəhbəri Mahir (Xəttab) Ələkbərov noyabrın 26-da növbəti məhkəməsi olacaq. 

Bu barədə Bizim.Media-ya Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist saxlanıldı – ÖZƏL - FOTO


Onun sözlərinə görə jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı vəsadət qaldırıb. Növbəti məhkəmədə həmin məsələyə baxılacaq:

“Jurnalsitin istintaq təcridxanasında saxlanma şəraiti normaldır: Səhhətində ciddi narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı o, dövlətin ədalətinə güvəndiyini və tezliklə həqiqətin öz yerini tapacağına ümid etdiyini bildirib”. 

Qeyd edək ki, jurnalistin cinayət işi üzrə son məhkməsi Nəsimi Rayon Məhkəməsində noyabrın 12-də keçirilib.
 

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.


Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Onu da bildirək ki, jurnalistin barəsində 3 aylıq həbs-qəti imkan tədbirinin müddəti bitib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin