Millət vəkili Ramil Həsən haqqında yayılan xəbəri TƏKZİB ETDİ

Hazırda oxunan: Millət vəkili Ramil Həsən haqqında yayılan xəbəri TƏKZİB ETDİ

46657

Millət vəkili Ramil Həsən Milli Məclisdən kirayə pulu alması barədə yayılan xəbəri təkzib edib.

Bu barədə Bizim.Media-ya açıqlamasında deputatın özü bildirib.

Millət vəkili qeyd edib ki, kirayədə qalmır və Milli Məclisdən də bir qəpik də olsa kirayə pulu almır.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili Anar Məmmədov kirayə pulu alması ilə bağlı xəbəri TƏKZİB ETDİ


O, həmçinin qeyd edib ki, sərhəddə baş verən təxribatlar zamanı  şəhid olan hərbi qulluqçularımızın ruhları qarşısında bu cür xırda məsələlərdən danışmaq bizə ayıb olar.

“Bizim yeddi şəhidimiz var, onların acıları qarşısında bu cür bəsit məsələlərə vaxt sərf etmək bizim üçün utancvericidir. Bu hadisələrin fonunda mənim adımın bu cür xəbərlərdə hallanması çox lazımsızdır”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, bu gün mətbuatda bəzi deputatların Bakıda kirayədə qalmaq üçün parlamentdən 220 manat məbləğındə kirayə pulu aldıqları haqqında xəbərlər yayılıb.

Xəbərdə bildirilir ki, Milli Məclisin deputatları Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Ramil Həsən Milli Məclisdən hər ay 220 manat məbləğində kirayə pulu alırlar.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin