Bakı şəhər 3 saylı xəstəxanasının girişində xüsusi dayanacaq yaradılıb. Xəstəxanaya gələn bütün maşınlar orda saxlanılır, həyətinə buraxılmır. İlk baxışdan bu addım xəstəxanının iş prosesini qaydaya salması üçün həyata keçirilməsi təsirini bağışlasa da xəstəxanaya gələnlər arasında ciddi narazılığa səbəb olur.
Əvvəla, dayanacağın müvafiq ərazisi dolan zaman xəstəxanaya maşın buraxılmır. Beləcə xəstəxananın girişində tıxac yaranır. Maşınları xəstəxanadan aralı saxlayan şəhər sakinləri xəstələri lazımı şöbələrə piyada aparmalı olur.
Dayanacğı işlədən işçilər vətəndaşlara ikili standartlarla yanaşırlar, bəzilərini xəstəxanın həyətinə buraxır, bəzilərin buraxmırlar. Bu seçmə prosesinin necə aparılması isə müəmmalıdır. Bu zamanda həyətə keçə bilməyən vətəndaşlar nazarızılıq edirlər. Və bu zaman yenə tıxac yaranır. Hətta xəstəxanaya gəlmiş təcili tibbi yardım maşınları belə bu tıxacda ləngiməli olur, xəsətəxanının həyətinə girə bilmirlər.
Dayanacaqda saxlamaq isə əlbəttə havayı deyil. Xəstəxanaya girib- çıxan maşınlar ən azı 20 qəpik ödəməlidirlər.
Bütün bunlardan xəstəxanın baş həkiminin xəbəri varmı? Yoxsa o ancaq dayanacaqqdan yığılan pullarla maraqlanır? Xəstəxana girişində gözləyən xəstələrin taleyi onun üçün önəmli deyilmi?


























































































