Noyabr ayının ilk 15 günü ərzində Bakı şəhəri üzrə 33 qeyri-qanuni tikinti aşkarlanıb.
Bu barədə məlumatı Bizim.Media-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Plansız tikinti meydanına çevrilən BAKI – Hansı qurumlar şəhəri təhlükəyə atır? – ARAŞDIRMA
Onun sözlərinə görə aşkarlanmış 33 qeyri-qanuni tikintinin qarşısının alınması istiqamətində tədbirlərə başlanıb. Komitə tərəfindən qanunsuz inşaların qarşısının alınması üçün aidiyyəti dövlət qurumlarına, yəni yerli icra hakimiyyətlərinə və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Komitə rəsmisi qanunsuz tikintilərin aparıldığı əraziləri açıqlamayıb.
Alçina Amilqızı, Bizim.Media