Milli Məclisdə pampersin qiyməti ilə bağlı TƏKLİF – “Çox bahadır”

Hazırda oxunan: Milli Məclisdə pampersin qiyməti ilə bağlı TƏKLİF – “Çox bahadır”

46454

“Uşaq qidalarının və pamperslərin əlavə dəyər vergisindən azad olunmasını və ya faizlərin aşağı salınmasını təklif edirəm. Bu gün boşananların sayı artır, analar tək uşaq böyüdür. Bu qidalar və uşaq bezləri çox bahadır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun" layihəsinin birinci oxunuşu zamanı deputat Qənirə Paşayeva deyib.

“Biz xahiş edirik bu məsələlərə xüsusi diqqət verib, gənc ailələrə, boşanmış və aliment ala bilməyən ailələrin vəziyyətini yaxşılaşdıracaq. Uşaqlar qidadan korluq çəkməyəcək”.

Qənirə Paşayevanın verdiyi təklifə həmkarı Musa Quliyev tərəfindən də dəstək gəlib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin