Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər - SİYAHI

Hazırda oxunan: Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər - SİYAHI

46427

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

1. Tətil etmək;

2. Seçkili orqanlarda vəzifə tutmaq;

3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

7. Daimi yaşamaq üçün xaricə getmək;

8. Siyasi və dini təbliğatla məşğul olmaq;

9. Dövlət sirrini yaymaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin