“Əli Həsənovun baldızı 685 mini nağdlaşdırdı” - Şirkət direktoru

Hazırda oxunan: “Əli Həsənovun baldızı 685 mini nağdlaşdırdı” - Şirkət direktoru

46417

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərdən Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.

Jurnalistlər binasının tikintisində podratçı şirkət "Portos” MMC-nin icraçı direktoru olan N.Məmmədov ona elan edilmiş ittihamlarla razılaşmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun tikdirdiyi binanın damı uçdu - VİDEO


"Tikinti vaxtı bizim layihədən kənara çıxmaq səlahiyyətimiz olmayıb. Çünki layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq olunub bizə gəlirdi. Biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasıdır. Ora görə də binanın dayaqları üçün 3 qat artıq torpaq tökmüşdük. Bu da layihədə nəzərdə tutulmamışdı. Odur ki, tikintiyə ayrılan puldan əlavə 3 faiz nəzərə alınmayan xərclər çıxıb.

Binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var. Biz də buna əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz”.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli və Əli Həsənov ifşa edildi – Məhkəmədə inanılmaz fırıldaqları üzə çıxdı


N. Məmmədov bildirib ki, tikinti zamanı bir haldan başqa bütün ödənişlər köçürmə yolu ilə olub:

"Həm mal-materialların alınması, həm fəhlələrə maaşlarının verilməsi köçürmə yolu ilə olub. Yalnız bir dəfə ikinci binanın tikintisi zamanı təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək. Çünki pulu nəğdləşdirəndə puldan 30 faiz tutulurdu. "Portos” MMC ikinci binanın tikintisində 3,2 milyon ziyana düşüb. Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm”.

N.Məmmədova ünvanlanan "təsisçi kim idi?” sualına "Əli Həsənovun baldızı Gülər Vəliyeva” deyə cavab verib.
 

Təqsirləndirilən şəxs "Sizin Vüqar Səfərli ilə qazanc məqsədi ilə əvvəlcədən hər hansı razılaşmanız olubmu? sualına isə "Finans məsələlərinə Şamxal Həsənli baxırdı. Bu sualı ona verin. Mənim Vüqar Səfərli ilə hər hansı qazanc məqsədli əvvəlcədən razılaşmam olmayıb. Kimin kimlə əlaqəsi var, hər şeyi Şamxal Həsənli bilir. Biz bilirsiz orda nə olmuşuq? Hambal!” - deyə cavab verib.


Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin