“10 yaşlı uşaqlara müavinət verilməlidir, qoy yaxşı qidalansınlar” - Qüdrət Həsənquliyev

Hazırda oxunan: “10 yaşlı uşaqlara müavinət verilməlidir, qoy yaxşı qidalansınlar” - Qüdrət Həsənquliyev

46405

“Bir dəfə Təhsil Nazirliyində olimpiadanın nəticələri ilə bağlı mükafatlandırma mərasimində iştirak edən zaman şagirdlərin necə arıq olduqlarının şahidi oldum. Uşaqların boyları xeyli balacadır.

Bu, onların qidalanması ilə bağlıdır. Toyuq, balıq, ət yeməlidirlər. Düşünürəm ki, 10 yaşlı uşaqlara müavinət verilməlidir ki, yaxşı qidalansınlar”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri  Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşunda çıxış edən deputat  Qüdrət Həsənquliyev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan TƏKLİF - Səhiyyə nazirliyi ləğv olunsun


Deputat tək analara müavinətin verilməsi məsələsinə də toxunub. O bildirib ki, tək övlad böyüdən anaların xüsusi qayğıya ehtiyacı var:

“Bu gün Azərbaycanda boşanmaların sayı artıb. Bu ilin əvvəlində 23 min nəfər nikaha girib, 8 min nəfər boşanıb. Tək övlad böyüdən analara müavinət verilməlidir. Bizdə 5 uşağı olan anaya 55 manat müavinət verilir. Qonşu Rusiyada belə analara xüsusi güzəştlərlə ev də paylanır. Bu sahədə ciddi islahatlar aparılmalıdır”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin