Prezidentin köməkçisi: “919 hərbçinin müalicəsi davam etdirilir”

Hazırda oxunan: Prezidentin köməkçisi: “919 hərbçinin müalicəsi davam etdirilir”

4640

“Yoluxma o həddə çata bilər ki, tibbi ehtiyacı olan insanlar kənarda qalar”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, ölkədə aktiv koronavirus xəstələrinin sayı 56 min nəfərdən çoxdur, gündəlik yoluxma 4,5 min nəfərdir:

“Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyasını nəzərə alaraq, Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib. Məqsəd Azərbaycanda yoluxma və ölüm hallarının azaldılmasıdır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması ilə bağlı tədbirlər həyata keçirilməlidir:

“Ermənistanın təcavüzündən -  sentyabrın 27-dən səhiyyə sistemi iki cəbhədə fəaliyyət göstərib. 919 əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən, həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin