Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur.
Bizim.Media-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Yaxınlarımızda ölüm və koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir, sərtləşdirici tədbirlərin tətbiqi barədə müraciətlər var”.
O bildirib ki, pandemiya dünyada sosial problemlərə, yoxsulluq və işsizliyə də yol açıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında da bu məsələlər müzakirə olundu”,-deyə Prezidentin köməkçisi vurulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:11 / 08.12.2020
Hikmət Hacıyev: “Koronavirusun yayılma sürəti narahatlıq doğurur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Koronavirusun yayılma sürəti narahatlıq doğurur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Koronavirusun yayılma sürəti narahatlıq doğurur”
4639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.