Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 579 işəgötürən (o cümlədən 306-ı dövlət, 273-ü özəl) qoşularaq 3472 vakansiya təqdim edib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.
Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1103 nəfər (171 şəhid ailəsi üzvü və 932 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 16.11.2021
İşlə təmin olunan qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlandı
Hazırda oxunan: İşlə təmin olunan qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlandı
Hazırda oxunan: İşlə təmin olunan qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlandı
46304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.