Deputatdan büdcə iclasında sənədsiz evlərlə bağlı XAHİŞ 

Hazırda oxunan: Deputatdan büdcə iclasında sənədsiz evlərlə bağlı XAHİŞ 

46302

“Bu günə qədər ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur. Bu evlərə əmlak amnistiyasının tətbiqi bir çox problemlərin həllinə səbəb olacaq - həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm də ölkənin daşınmaz əmlak bazarını canlandıracaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Kamran Bayramov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

211 mindən çox vətəndaşın pensiyası kəsilib – Deputat rəqəmləri açıqladı


Deputatın sözlərinə görə, evlərin sənədləşdirilməsində olan ləngimələr bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi prosesində yaşanır.

“Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsində İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını xahiş etmək istərdim”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin