Erməni hərbçilər mövqelərini tərk edirlər - Müdafiə Nazirliyindən YENİ AÇIQLAMA

Hazırda oxunan: Erməni hərbçilər mövqelərini tərk edirlər - Müdafiə Nazirliyindən YENİ AÇIQLAMA

46301

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı yeni məlumatda bildirilir.

"Qarşı tərəfin dövlət sərhədi boyunca bütün döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

MN-dən sərhəddəki döyüş əməliyyatları ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO


Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin