Pomidor turşusundan zəhərlənən uşaq başqa xəstəxanaya köçürüldü

Hazırda oxunan: Pomidor turşusundan zəhərlənən uşaq başqa xəstəxanaya köçürüldü

46264

Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə “Kliniki Tibbi Mərkəz”ə gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.

Bizim.Media xəbər verir ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
 

MÖVZU İLƏ BAĞLI:

Ata və qızı pomidor turşusundan zəhərləndi, biri öldü


Xatırladaq ki, turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi. 

“Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən digəri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin