Əməkdar artist Məcnun Hacıbəyov vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, əməkdar artıst Qubadakı regional COVİD xəstəxansında keçinib. O bir müddət əvvəl koronaya tutulmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
Oğlu Ceyhun Hacıbəyovun müxbirimizə verdiyi məlumata görə, atası COVİD-dən sağalmışdı. Səhhəti də xeyli yaxşılaşmışdı:
“Müalicə həkimi bildirib ki, atam beyin iflicindən vəfat edib. İki gün idi komaya düşmüşdü. Bu səhər saat 8-də keçinib”.
Oğlunun sözlərinə görə, atası komadan əvvəl yaxşı idi, hamı ilə normal danışırdı.
Mərhum bu gün saat 2-də Qubanın İkinci Nügədi kənd məzarlığındas torpağa tapşırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media