4 min erməni zəvvar Qarabağa necə gəlib? - ARAŞDIRMA 

Hazırda oxunan: 4 min erməni zəvvar Qarabağa necə gəlib? - ARAŞDIRMA 

46224

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbçilərinin köməyi ilə 4 mindən çox erməni zəvvar Amaras və Xudavəng monastırlarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu məlumat Rusiya sülhməramlılarının yaydığı hesabatda öz əksini tapıb.

“Amaras və Xudavəng keçmiş Ağdərə və Kəlbəcər rayonlarının ərazilərində yerləşən ən qədim xristian monastırlarındandır. Hər iki ziyarətgaha səfər zamanı zəvvarların təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin hərbi heyətinin iştirakı zəruridir.
 

MÖVZU İLƏ BAĞLI:

Xudavəngə ziyarət dayandırılıb – Erməni zəvvarların arasında KİMLƏR VAR? 


Hər bazar günü Ermənistandan və Qarabağın ermənilər yaşayan hissəsindən zəvvarlar gəlib kilsə mərasimlərində iştirak edirlər. Bundan əlavə, bölgənin tarixi-mədəni dəyərini qorumaq üçün Rusiya hərbi qulluqçuları monastır komplekslərinin bitişik ərazilərində daim patrulluq edir”, deyə sözgedən hesabatda qeyd olunub.

Ümumilikdə isə, mətndə də qeyd olunduğu kimi, zəvvarların səfəri Rusiya sülhməramlılarının müşayəti ilə həyata keçirilir. Lakin iki monastra ziyarətlə bağlı müəyyən fərqlər mövcuddur.

Belə ki, Amaras Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə yerləşsə də, Xudavəng hal-hazırda Azərbaycanın nəzarətindədir. Buna baxmayaraq, Xudavəng erməni zəvvarların ziyarətinə də Azərbaycan tərəfindən hər hansı qadağa tətbiq olunmayıb. Lakin onu da qeyd etməliyik ki, Xudavəngə təşkil olunan ziyarətlərdə rus sülhməramlıları ilə birlikdə, Azərbaycan hərbçiləri də nəzarəti həyata keçirir.
 

Araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə isə, Xudavəng monastrı ərazisində hərbçilərimiz tərəfindən iki nəzarət postu təşkil olunub və zəvvarların ziyarətinin Azərbaycan tərəfi ilə razılaşdırılması zəruridir.


Qeyd edək ki, Xudavəngə səfərlərin Azərbaycanla razılaşdırılması zaman-zaman ermənilərin narazılığına da səbəb olub. Belə ki, bu ilin yanvarında 70 erməni zəvvar sözügedən monastrı ziyarət etmək istəsələr də, onlardan bir hissəsinin girişinə icazə verilməyib. Buna səbəb kimi isə, Müdafiə Nazirliyi yalnız 30 zəvvar üçün icazə alındığını əsas göstərib.

Bundan əlavə qeyd etməliyik ki, erməni mətbuatı may ayının sonlarından, avqustun əvvəllərinə kimi zəvvarların Xudavəngə ziyarətinin tamamilə məhdudlaşdırılması ilə bağlı da müxtəlif məlumatlar dərc olunub. 

Amaras monastrına səfərlər isə, Laçın dəhlizindən keçməklə, rus hərbçilərinin nəzarəti ilə təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin