Azərbaycanda doğuş sayı dörd dəfə azalıb - Demokrafik TƏHLÜKƏ

Hazırda oxunan: Azərbaycanda doğuş sayı dörd dəfə azalıb - Demokrafik TƏHLÜKƏ

46213

Son 50 ildə Azərbaycanda demokrafik vəziyyət pisləşib. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğuş və ölüm səviyyəsinin statistikasına görə ölkədə demokrafik vəziyyət aşağı düşüb.

Bizim.Media xbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılar doğuş üçün niyə RUSİYANI seçir? – SƏBƏBLƏR


İqtisadçı əlavə edib ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub.

Son 50 ildə əhali sayı 2 dəfə artsa da, doğum nəinki artmayıb hətta azalıb. Təbii artım isə 4 dəfə azalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin