Ağdamda minaya düşərək həlak olan şəxsin nəşini ərazidən çıxartmaq mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, hadisə yerinə cəlb olunmuş mütəxəssislər bunu ərazinin təhlükəli olması ilə əlaqələndiriblər.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda baş verən hadisə ilə bağlı CİNAYƏT İŞİ açıldı
Qeyd edək ki, bu gün saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media