Sabirabad rayonunda hamilə qadının vəfatı və xəstə yaxınlarının həkimi döyməsilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləliklə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.
Onu tanınmış həkim-ginekoloq Lalə Kazımi müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.
Bundan sonra Yeganə Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımini döyüblər.
Məsələ ilə bağlı Bizim.Media tanınmış genekoloqun özü ilə əlaqə yaradıb.
Hamilənin Sabirabadda deyil, Bakıda vəfat etdiyini xatırladan genekoloq faktla bağlı lazımi orqanlara şikayət ərizəsi və sənədlər göndərdiyini deməklə kifayətlənib. Digər məsələlərə isə telefonda aydınlıq gətirmək istəmədiyini bildirib.
Hamilə qadının Bakıda hansı xəstəxanada və nə səbəbdən dünyasını dəyişməsi ilə bağlı isə hələki rəsmi məlumat açıqlanmayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:07 / 15.11.2021
Ölən hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqdan AÇIQLAMA – “Lazımi orqanlara...”
Hazırda oxunan: Ölən hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqdan AÇIQLAMA – “Lazımi orqanlara...”
Hazırda oxunan: Ölən hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqdan AÇIQLAMA – “Lazımi orqanlara...”
46094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.