“YAŞAT” Fondunun bank rekvizitləri açıqlandı

Hazırda oxunan: “YAŞAT” Fondunun bank rekvizitləri açıqlandı

4608

“YAŞAT” Fondu Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondu ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.

Ü. Mehdiyev Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydasını açıqlayıb:

“Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək”.

Vurğulanıb ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.

“YAŞAT” Fondunun bank rekvizitləri:

Azərbaycan Respublikası daxilində ianələr üçün

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı: AZ66IBAZ38190018407968925204

EURO hesabı: AZ46IBAZ38190019787968925204

Rubl hesabı: AZ83IBAZ38190018107968925204

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq "YAŞAT" Fondu yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin