Moderator.az-a adının çəkilməsini istəməyən bir etibarlı mənbədən verilən ilginc xəbərə görə həmin binanın tikintisi məhz Ərdoğanın Bakıya qaçaraq səfərindən sonra dayandırılıb və onun gətirdiyi dosyedə həmin obyektin tikintisində İran əsilli azərbaycanlı fırıldaqçı, adı son qalmaqallarda dillər əzbəri olan Rza Zərrabın da çirkli pullarından istifadə edildiyinə görə işə "stop" verilib...
Başqa bir xəbərə görə isə sahibkarlar binanı lahiyədə göstərildiyi kimi tikmədiklərinə görə onlara "dayan" göstərişi verilib.
Təbii ki, xəbəri dəqiqləşdirmək imkanımız yoxdur və kimsənin ağılabatan cavab verməyəcəyi bəllidir. Amma qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Qoy tikintinin dayandırılması səbəbini açıqlasınlar.

































































































