AXCP üzvünə hökm oxundu

Hazırda oxunan: AXCP üzvünə hökm oxundu

46064

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümmətova hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi ittihama görə, Aqil Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin