Ziya Məmmədovun gəlininin modalar evi bağlandı - FOTOLAR

Hazırda oxunan: Ziya Məmmədovun gəlininin modalar evi bağlandı - FOTOLAR

4606

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.

Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a ünvanında təmtəraqla açılışı olmuş “NAZ Couture” moda evi bağlanıb.

Artıq sözügedən ünvanda geyim mağazası fəaliyyət göstərir.

Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir. 

Qeyd edək ki, o, sabiq Kənd Təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı. (Mediapost)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin