Cəlilabadda DYP-in avtomobil sahiblərindən tələbi qanunsuzdur

Hazırda oxunan: Cəlilabadda DYP-in avtomobil sahiblərindən tələbi qanunsuzdur

46040

Cəlilabadda avtomobil sahibləri  Dövlət Yol Polisindən şikayətçidirlər. Beləki, yol polisləri müəyyən olunmuş vaxtda  texniki baxışdan keçmiş , istehsal tarixi 10 ili ötməyən avtomobillərin sahiblərindən  hər il texniki baxışdan keçməyi tələb edirlər. Bu barədə Moderator.az-a Cəlilabad sakini Aslan Əzimov  məlumat verib.

“2007-ci il istehsalı olan “VAZ-2107” markalı avtomobilimi yol polislərinin təkidi ilə 2013-cü ildə texniki baxışdan keçirmişəm.  Yeni qanuna əsasən növbəti dəfə 2015-cü ildə keçirməliyəm. Lakin bu il yenidən avtomobilimi texniki baxışdan keçirməyi tələb edirlər ”-  A. Əzimov deyib.

O,əlavə olaraq bildirib ki, bu kütləvi hal alıb. Bütün avtomobil sahibləri bu qanunsuzluğa etiraz etsələr də, əhəmiyyət verən yoxdur.  DYP əməkdaşları qanunsuz olaraq  texniki baxışdan keçməyə məcbur edir, keçməyənlər isə yüksək məbləğdə cərimələnirlər

Məsələ ilə bağlı Moderator.az  sürücülərin diqqətinə çatdırır ki, 2013-cü ilin sentyabr ayında  avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarına edilən dəyişikliklər əsasən avtomobil son 10 ilin istehsalıdırsa (yəni o, 2003-cü il noyabrın 1-dən 2009-cu il noyabrın 1-dək olan dövrdə istehsal olunmuşsa), onda 2 ildə bir dəfə texniki baxış nəzərdə tutulur.  Belə avtomobil keçən il (2013-ci ildə) texniki baxışdan keçmişdirsə, bu il texniki baxışdan keçirilməməlidir  və bunu heç kim sizdən tələb edə bilməz.

Elman Abbasov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin