Xəzərdə qanunsuz nərə balığı ovlayan 20 nəfər saxlanıldı

Hazırda oxunan: Xəzərdə qanunsuz nərə balığı ovlayan 20 nəfər saxlanıldı

45871

Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nərə balığı satan şəxs cəzalandırıldı – Şabran bazarında reyd


Mənbə bildirir ki, qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin