Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edib.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.
Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 13.11.2021
Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub
Hazırda oxunan: Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub
Hazırda oxunan: Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub
45850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.