Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Ombudsmanın rəsmi tviter səhifəsində bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şuşada hərbçilərimizə qumbara atan terrorçu belə saxlanıldı - VİDEO
“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” - paylaşımda bildirilib.
Bizim.Media