Karantini pozan toy sahibləri cərimələndi

Hazırda oxunan: Karantini pozan toy sahibləri cərimələndi

45797

Kürdəmirdə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib.

Bizim.Media xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Tədbirlər nəticəsində rayonun Qaraqocalı kənd sakini Cəbrayılov Famil Cəbrayıl oğlu və Atakişili kənd sakini Cəbrayılov Niyazi Ağabala oğlunun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllıda karantini pozan çay evi aşkarlandı


Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 400 manat miqdarında cərimə tətbiq olunub.

Hazırda rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin