AzTV-də nə baş verir? - RƏSMİ AÇIQLAMA verildi

Hazırda oxunan: AzTV-də nə baş verir? - RƏSMİ AÇIQLAMA verildi

45779

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Hesablama Palatasının QSC-də aparılmış auditin nəticələri ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamada Hesablama Palatasının üzə çıxardığı pozuntu hallarının 2015-ci ilə aid və indiki dövrə uyğun olmayan maliyyə nizamnaməsinə görə yarandığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

AzTV-də kadr dəyişikliyi – Mehriban Məmmədova vəzifəsindən uzaqlaşdırıldı 


"Hazırda 2015-ci ilə aid olan və müasir dövrün tələblərinə uyğun gəlməyən maliyyə nizamnaməsinin yenidən işlənilməsi, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanması, həmçinin struktur islahatlarının aparılması və bir-birini təkrarlayan artıq ştat vahidlərinin ləğv olunması istiqamətində işlər davam etdirilir Eyni zamanda müəyyən postlarda vəzifə dəyişikliyi aparılır".

AZTV rəhbərliyi əlavə edib ki, audit zamanı reklam vəsaitlərinin mənimsənilməsindən deyil, sadəcə gəlir və xərclərin hesabatlılığının şəffaf şəkildə aparılmasından söhbət gedir ki, bu istiqamətdə də görüləcək işlərdən biri elektron şəbəkə sisteminin yaradılmasıdır.

Əməkhaqqı və qonorar sistemində qeyd olunan qanun pozuntuları isə əməkdaşların maaş və qonorarlarının artırılmasından irəli gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin