“Mən Osmanov Mətləb Səmid oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etmək istəyirəm. Şəhid polkovnik Babək Səmidlinin atasıyam. Oğlum bütün həyatını Azərbaycan ordusuna həsr etmişdi”.
Bizim.Media xəbər verir ki, bu sözlər şəhid polkovnikin atası Mətləb Osmanova aiddir. Şəhid atası müraciətinin əvvəlində oğlunun hərbi xidmət yoluna nəzər salıb.
Belə ki, şəhid polkovnik 2016-cı ildə aprel döyüşləri zamanı da ağır yaralanaraq qazi olub.
MÖVZU İLƏ BAĞLI:
Qurban Məmmədovun qatil adlandırdığı ŞƏHİDİN atasından ETİRAZ – VİDEO
Buna baxmayaraq, 2020-ci ildə Vətən Müharibəsi döyüşlərinə də qatılıb və şəhid olub. Şəhid atasının müraciətinin əsas səbəbi isə budur:
“Mən cənab Ali Baş Komandan və Azərbaycan xalqına müraciət etmək istəyirəm. Son vaxtlar sosial şəbəkələrdə şəhid Səmidli Babək haqqında elə lazımsız və lağlağıya oxşar məlumatlar gedir ki, ailəmiz bunu çətinliklə qarşılayır. Qurban Məmmədov adlı kimsə xaricdə oturaraq erməni diasporunun və onun əlaltılarının sifarişi ilə Azərbaycan dövlətini və ordusunu gözdən salmağa çalışır. Ordumuzun qələbəsinə və xalqın “Dəmir Yumruq” ətrafında birləşməsinə kölgə salmaq istəyir. Şəhid olmuş insan haqqında artıq-əskik danışmağı etikadan kənar hesab edirəm. Çox hörmətli cənab Prezidedent tərəfindən oğlumun döyüş fəaliyyəti yüksək qiymətləndirilib və ölümündən sonra “Zəfər” ordeni ilə təltif olunub. Mənim oğlum noyabrın 10-u, döyüşlər bitəndən sonra şəhid olan əsgərlərinin nəşini axtarıb və bu zaman minaya düşərək şəhid olub. Cənab Ali Baş Komandan, çox xahiş edirəm, Qurban Məmmədovun bu hərəkətləri haqqında lazımi orqanlara göstəriş verib, ölçü götürəsiniz”.
Qeyd edək ki, Qurban Məmmədov şəxsi YouTube kanalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza dil uzadacaq qədər çirkin əmələ imza atıb.
Öz çirkin xislətini gizlətməyən bloger, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, Aprel döyüşlərinin fəal iştirakçısı və Vətən müharibəsinin şəhidi Babək Səmidlini “Tərtər işi”ndə mənfur qatil kimi qələmə verib. Sərsəm iddiaları ilə o, Babək Səmidlini saxta məhkəmə proseslərində işgəncə görənləri və zərərçəkmişləri pulla ələ alan qatil kimi təqdim etməyə çalışıb.
Videonu təqdim edirik:
Bizim.Media