"İmişlidə ögey atası tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı hadisəyə dərhal reaksiya verdik. Həmin an ailə ilə maraqlandıq. Təbii ki, hər bir qurum da öz yerində üzərinə düşən məsuliyyəti həyata keçirdi".
Bizim.Media xəbər verir bu sözləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.
Onun sözlərinə görə, zərərçəkən azyaşlı tibbi xidmətlərlə təmin olundu: "Əsas işimiz ailədə başqa uşaq varsa, onlarla işi qurmaq oldu. Dərhal yerli icra hakimiyyəti ilə əlaqə qurduq. Məlum oldu ki, qızın bir qardaşı da var. Təcili psixoloq təyinatı ilə Sosial Xidmətlər Agentliyi ilə birgə ailə Mərkəzə yerləşdirildi. Hazırda qızımız o mərkəzdədir. İşi davam etdiririk".
Aynur Sofiyeva əlavə edib ki, azyaşlı əməliyyatdan çox qorxmuşdu:
"Ancaq anasını istəyirdi. Biz də məcbur olduq ki, ananı İmişlidən gətizdirək. Hazırda ana və qardaşı ilə birgə sığınacaqda qalır. Ananın günahkar olub-olmaması istintaq zamanı məlum olacaq. Əgər ananın günahı təsdiqlənərsə, uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcək. Əks halda isə anaya veriləcək", - deyə A.Sofiyeva bildirib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 12.11.2021
Dövlət Komitəsi uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı AÇIQLAMA verdi
Hazırda oxunan: Dövlət Komitəsi uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı AÇIQLAMA verdi
Hazırda oxunan: Dövlət Komitəsi uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı AÇIQLAMA verdi
45711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.