Həbsdə olan jurnalistin məhkəməsi başladı - Ramiz Göyüşovdan pul TƏLƏB EDİB

Hazırda oxunan: Həbsdə olan jurnalistin məhkəməsi başladı - Ramiz Göyüşovdan pul TƏLƏB EDİB

45687

Bu gün Nəsimi rayon məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az" MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.

Proses noyabrın 26-na təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib (trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin